AMEA İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı Tokio Universitetində çıxış edəcək
13 Dekabr 2017AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəhimov Anar Tokyo Universitetinin professoru Masahiro Yamamotonun dəvətilə 11 dekabr 2017-ci il tarixindən Yaponiyanın Tokio şəhərində ezamiyyətdədir. Ezamiyyətin məqsədi Tokio Universitetinin nəzdindəki Riyazi Elmlər Ali Məktəbi ilə tanış olmaq, əlaqələri genişləndirmək və oranın elmi seminarında elmi məruzə etməkdir. A. Rəhimovun 13 dekabr 2017-ci il tarixində “Qeyri-lokal şərtlərlə verilmiş tərs mənbə məsələlərinin ədədi həllinə bir yanaşma” mövzusunda məruzə ilə çıxış edəcək. Bu barədə məlumat Tokyo Universitetinin rəsmi saytında yerləşdirilb: http://www.ms.u-tokyo.ac.jp/seminar/2017/sem17-241_e.html
Ezamiyyət 18 dekabr 2017-ci ildə başa çatacaq.
-
03.05.2024
ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək -
30.04.2024
İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək -
23.04.2024
İnformasiya Texnologiyaları və Onların Tətbiqi üzrə 2-ci beynəlxalq konfrans (ITTA 2024) keçiriləcək -
22.04.2024
İdarəetmə Sistemləri İnstitutunda 2024-cü ilin may ayında ixtisas fənləri üzrə fəlsəfə doktoru imtahanları və fərq imtahanları keçiriləcək