"İnnovasiya və yaradıcılıq" 2-ci Beynəlxalq Konfransı
25 Dekabr 2017Sizi məlumatlandırırıq ki, AMEA-nın İdarəetmə Sistemləri İnstitutu 5-7 aprel 2018-ci il tarixlərində Latviyanın Liyepaysk Universitetində keçiriləcək müasir çoxprofilli "İnnovasiya və yaradıcılıq" 2-ci Beynəlxalq Konfransının təşkilatçıları siyahısına daxil edilmişdir.
Seçilmiş məqalələr «Baltic Journal of Modern Computing» jurnalında yerləşdiriləcəkdir. (https://www.bjmc.lu.lv/) (Web of Science).
Konfrans dörd hissə üzrə təşkil ediləcək:
Riyaziyyat:
Riyazi modelləşdirilmə və tətbiqi riyaziyyat Yenilikləri
Riyazi təhsildə yaradıcılıq
Riyaziyyat incəsənətdə və incəsənət riyaziyyatda riyazi nöqteyi nəzərdən
Qərarqəbuletmə nəzəriyyəsi metodları innovasiya texnologiyalarında, iqtisadiyyat və maliyyədə, sosial və siyasi sahədə.
Kompüterləşmə:
Elektron təlimin texnoloji tərəfləri və istifadəsi
Ciddi oyunların tətbiqi və istifadəsi
Kompüter qrafikası və multimediya
Verilənlər bazası və informasiya sistemləri
Yüksək surətli hesablamalar
Materialşünaslıq:
Dalğaların enerjisinnin təhlili
Sahil eroziyasının yumşaldılması
Elektrik akkumulyatorlar üçün yeni materialların tədqiqi
Yeni üçölçülü çap materialları
Nanotexnologiyaların və nanomaterialların tədqiqi
İncəsənət:
Bədii təhsil yaradıcılığı: kütləvi informasiyanın vasitələri və eksperimental metodları
İncəsənət riyaziyyatda və riyaziyyat incəsənətdə bədii cəhətdən
"Riyaziyyat və incəsənəti" sərgisi
Əlavə məlumatları http://mathart.liepu.lv/en/organizers/ linkindən əldə edə bilərsiniz.
-
15.05.2024
Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri üzrə 3-cü Beynəlxalq Konfrans (PLMO 2024) keçiriləcəkdir -
23.04.2024
İnformasiya Texnologiyaları və Onların Tətbiqi üzrə 2-ci beynəlxalq konfrans (ITTA 2024) keçiriləcək -
29.03.2024
ED 1.20 Dissertasiya şurasının iclası keçiriləcək -
18.03.2024
Elmi Şuranın növbəti iclası keçiriləcək