Magistrlik dissertasiyalarının müdafiəsi keçiriləcək
21 May 201911 iyun 2019-cu il saat 10:00-da AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda II kurs magistrantların 060509– “Kompüter elmləri” ixtisasının 4 ixtisaslaşması üzrə magistrlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın iclası keçiriləcək.
İclasda t.e.d., prof. N.F.Musayevanın rəhbərliyi ilə “İdarəetmənin informasiya texnologiyaları” ixtisaslaşması üzrə magistrant İlyas Elşad oğlu Fətəliyevin “İstehsalatda məhsulun keyfiyyətini artırmağa imkan verən intellektual online nəzarət və diaqnostika sisteminin alqoritm və proqram vasitələrinin işlənilməsi”, r.ü.f.d., dos. G.G.Abdullayevanın rəhbərliyi ilə “İntellektual sistemlər” ixtisaslaşması üzrə magistrant Zümrüd İmran qızı Məlikzadənin “Neft quyularının avadanlıqlarının texniki vəziyyətinin diaqnostikası üçün neyron şəbəkənin işlənilməsi”, r.ü.f.d., dos. Ə.B.Paşayevin rəhbərliyi ilə “İnformasiya sistemləri” ixtisaslaşması üzrə magistrant Yadigar Arif oğlu Əliyevin “Wi-Fi texnologiyaları əsasında şifrlənmiş korporativ informasiya mübadiləsinin alqoritm və proqram vasitələrinin işlənilməsi” və r.e.d., prof. K.Ş.Məmmədovun rəhbərliyi ilə “Kompüterli modelləşdirmə” ixtisaslaşması üzrə magistrant Vüsalə Cahid qızı Babayevanın “Tamədədli proqramlaşdırma məsələsinin təqribi həll üsulları, xətanın qiymətləndirilməsi və eksperimental analiz” mövzusunda magistrlik dissertasiya işlərinin müdafiəsi keçiriləcək.
-
23.04.2024
İnformasiya Texnologiyaları və Onların Tətbiqi üzrə 2-ci beynəlxalq konfrans (ITTA 2024) keçiriləcək -
18.03.2024
Elmi Şuranın növbəti iclası keçiriləcək -
15.03.2024
ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək -
13.03.2024
Həmkarlar təşkilatının 5 illik hesabat iclası keçiriləcək