AMEA 2019-cu il üçün doktoranturaya və dissertanturaya qəbul elan edir
10 Dekabr 2019Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 dekabr 2019-cu il tarixli, 737s nömrəli sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublıkasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2019-cu il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul Planına əsasən 2019-cu il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir.
Daha ətraflı məlumatı bu linkdən http://www.science.az/news/open/11687 və AMEA-nın Elm və Təhsil Baş İdarəsi-nin Doktorantura şöbəsindən əldə edə bilərsiniz.
Əlaqə telefonları: (+994 12) 539 30 60, 492 84 48,
E-mail: [email protected]
Qeyd: Fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd verən iddiaçılar xarici dil imtahanında iştirak etmək üçün sənəd qəbulu bitdikdən sonra Dövlət İmtahan Mərkəzinin saytında şəxsi kabinet açaraq qeydiyyatdan keçməlidirlər.
Xarici dildən imtahanlar müəyyən olunmuş proqram əsasında (proqramı buradan yükləyə bilərsiniz) Dövlət İmtahan Mərkəzi tərəfindən 10-15 yanvar 2020-ci il tarixlərində keçirilməsi planlaşdırılır.
-
15.05.2024
Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri üzrə 3-cü Beynəlxalq Konfrans (PLMO 2024) keçiriləcəkdir -
03.05.2024
ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək -
30.04.2024
İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək -
23.04.2024
İnformasiya Texnologiyaları və Onların Tətbiqi üzrə 2-ci beynəlxalq konfrans (ITTA 2024) keçiriləcək