“Sərhədsiz elm: Xəzər perspektivi” mövzusunda beynəlxalq forum keçiriləcək
13 Mart 2020AMEA və Rusiya Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə 18-24 oktyabr 2020-ci il tarixlərində Bakıda “Sərhədsiz elm: Xəzər perspektivi” mövzusunda beynəlxalq forum keçiriləcək.
Tədbir Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında razılaşdırılmış “2020-ci ildə birgə Tədbirlər Planı”na əsasən baş tutacaq.
Forum Xəzəryanı dövlətlərin (Azərbaycan Respublikası, Rusiya Federasiyası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Türkmənistan) əhəmiyyətli elmi potensialına əsaslanaraq, elmi tədqiqat işləri üzrə imkanlar və metodologiyaya dair əlaqələndirilmiş və əhatəli yanaşmanın inkişaf etdirilməsinə, Xəzərdə təbii ehtiyatların mühafizəsi və davamlı istifadəsi üzrə strategiyaların işlənib hazırlanmasına böyük töhfələr verəcək.
mənbə: science.gov.az
-
03.05.2024
ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək -
30.04.2024
İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək -
23.04.2024
İnformasiya Texnologiyaları və Onların Tətbiqi üzrə 2-ci beynəlxalq konfrans (ITTA 2024) keçiriləcək -
22.04.2024
İdarəetmə Sistemləri İnstitutunda 2024-cü ilin may ayında ixtisas fənləri üzrə fəlsəfə doktoru imtahanları və fərq imtahanları keçiriləcək