“InnoWeek - İnnovasiyalar Həftəsi” çərçivəsində virtual olaraq “Cyber Security Envisioning Workshop” - “Kibertəhlükəsizlik vebinarı” keçiriləcəkdir
11 Dekabr 2020“InnoWeek - İnnovasiyalar Həftəsi” çərçivəsində 15 dekabr 2020-ci il tarixində virtual olaraq “Cyber Security Envisioning Workshop” - “Kibertəhlükəsizlik vebinarı” keçiriləcəkdir. Tədbirdə “Microsoft” şirkətinin yerli və beynəlxalq ekspertləri tərəfindən şirkətin kibertəhlükəsizlik sahəsində nəaliyyətləri və həlləri nümayiş etdiriləcək, həmçinin yeni nəsil kibertəhdidlər və onlardan müdafiə yolları, kibertəhlükəsizliyin təmin edilməsində bulud həlləri, Təhlükəsizlik üzrə Əməliyyat Mərkəzlərinin qurulması və idarə edilməsi mövzularında məruzə və təqdimatlar ediləcək. Bununla yanaşı, maraqlı tərəflərin təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə virtual sual-cavab sessiyaları və müzakirələr təşkil ediləcəkdir.
PDF fayla bax
-
15.05.2024
Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri üzrə 3-cü Beynəlxalq Konfrans (PLMO 2024) keçiriləcəkdir -
23.04.2024
İnformasiya Texnologiyaları və Onların Tətbiqi üzrə 2-ci beynəlxalq konfrans (ITTA 2024) keçiriləcək -
29.03.2024
ED 1.20 Dissertasiya şurasının iclası keçiriləcək -
18.03.2024
Elmi Şuranın növbəti iclası keçiriləcək