MÜNDƏRİCAT
İDARƏETMƏ NƏZƏRİYYƏSİ
[spoiler=K.R. Ayda-zadə, S.Q. Talıbov, V.А. Həşimov. Lövhədə rəqslərin nöqtəvi söndürücülərinin yerləşdirilməsinin optimallaşdırılması və idarəedilməsi (rus.)]UOT 519.622
K.R. Ayda-zadə, S.Q. Talıbov, V.А. Həşimov
Lövhədə rəqslərin nöqtəvi söndürücülərinin yerləşdirilməsinin optimallaşdırılması və idarəedilməsi
İkiölçülü nazik lövhədə rəqslərin söndürülməsinin optimal idarəedilməsi məsələsi tədqiq olunmuşdur. Sakitləşmə lövhədə yerləşdirilmiş idarəedici nöqtəvi rəqs söndürücüləri hesabına yerinə yetirilir. Burada nöqtəvi sakitləşdiricilərin yerləşmələri və gücləri optimallaşdırılır. Məsələnin ədədi həll üsulu üçün birinci tərtib optimallaşdırma üsulları tətbiq olunur ki, burada funksionalın alınmış qradientləri istifadə olunur. Ədədi eksperimentlərin nəticələri verilmişdir.
Açar sözlər: lövhənin rəqsi, rəqslərin sakitləşdirilməsi, δ - funksiya, funksionalın qradienti, söndürücülərin yerləşmə yeri
Məqaləyə bax[/spoiler]
[spoiler=E.A Qarayeva, K.B. Mənsimov. Bir diskret idarəetmə məsələsində optimallıq üçün Krotov tipli kafi şərt (rus.)]UOT 517.977
E.A Qarayeva, K.B. Mənsimov
Bir diskret idarəetmə məsələsində optimallıq üçün Krotov tipli kafi şərt
Məqalədə bir diskret optimal idarəetmə məsələsinə baxılır. Optimallıq üçün Bellman-Krotov formalizmini tətbiq edərək optimallıq üçün kafi şərt alınmışdır.
Açar sözlər: diskret idarə məsələsi, optimallıq üçün kafi şərt, Bellman-Krotov formalizmi
Məqaləyə bax[/spoiler]
[spoiler=V.M. Abdullayev, S.Q. Talıbov. Yüklənmiş dinamik sistemlər üçün tərs məsələnin ədədi həlli (rus.)]UOT 519.622.2
V.M. Abdullayev, S.Q. Talıbov
Yüklənmiş dinamik sistemlər üçün tərs məsələnin ədədi həlli
Yüklənmiş adi diferensial tənliklər sistemi ilə təsvir olunan obyektlərdə yüklənmə yerlərində yüklənməyə reaksiya funksiyasının təyini məsələsinin ədədi həllinə baxılmışdır. Məsələnin həlli üçün yüklənmiş identifikasiya parametrlərə görə birinci tərtib ədədi üsulların tətbiqi üçün funksionalın qradiyentinin analitik ifadəsi alınmışdır. Təklif olunan yanaşma xüsusi törəməli tənliklərlə təsvir olunan paylanmış parametrli sistemlərə düz xətlər üsulunu tətbiq etməklə baxılan məsələyə gətirməklə, yüklənmiş parametrlərin təyini üçün tətbiq etmək olar
Açar sözlər: yüklənmiş diferensial tənlik, yüklənmiş yerlər, yüklənməyə reaksiya, optimal idarəetmə, qeyri-lokal şərtlər, tərs məsələ, inteqral şərtlər
Məqaləyə bax[/spoiler]
[spoiler=Y.R. Əşrəfova. Başlanğıc şərtlər haqqında dəqiq informasiya olmadıqda evolyusiya proseslərinin optimal idarəedilməsi (rus.)]UOT 519.6
Y.R. Əşrəfova
Başlanğıc şərtlər haqqında dəqiq informasiya olmadıqda evolyusiya proseslərinin optimal idarəedilməsi
İşdə başlanğıc şərtləri dəqiq şəkildə verilməyən sərhəd məsələləri üçün optimal idarəetmə məsələlərinə baxılır. İki prosesə baxılır: istilikkeçirmə prosei və dalğa prosesi. Uyğun optimal idarəetmə məsələləri üçün məqsəd funksionalının qradiyenti üçün analitik düsturlar alınıb. Bu düsturlar məsələnin həlli üçün birinci tərtib optimallaşdırma üsullarından istifadə etməyə imkan verir. Təklif edilən yanaşmanın istifadəsi ilə ədədi eksperimentlər və alınan nəticələrin analizi aparılmışdır.
Açar sözlər: başlanğıc şərtsiz məsələ, optimal idarəetmə məsələsi, istilikkeçirmə prosesi, dalğa prosesi, qradiyentin proyeksiyası üsulu
Məqaləyə bax[/spoiler]
[spoiler=A.Y. Cabbarova. Rosser tipli bir hibrid idarəetmə məsələsində optimallıq üçün Krotov tipli kafi şərt (rus.)]UOT 517.9
A.Y. Cabbarova
Rosser tipli bir hibrid idarəetmə məsələsində optimallıq üçün Krotov tipli kafi şərt
İşdə Rosser tipli bir hibrid optimal idarəetmə məsələsinə baxılır. Optimallıq üçün Krotov tipli kafi şərt alınmışdır. Bu kafi şərtdən baxılan məsələ üçün Pontryaginin maksimum şərtinin analoqu alınmışdır.
Açar sözlər: Rosser tipli sistem, optimallıq üçün kafi şərt, maksimum prinsipi, hibrid sistem
Məqaləyə bax[/spoiler]
MODELLƏŞDİRMƏ VƏ İDENTİFİKASİYA
[spoiler=K.Ş. Məmmədov, N.N. Məmmədov. Çanta məsələsındə məqsəd funksiyasına görə zəmanətli həll və zəmanətlı suboptımal həll anlayışı və onun tapılması (azərb.)]UOT 519.852.6
K.Ş. MƏMMƏDOV, N.N. MƏMMƏDOV
ÇANTA MƏSƏLƏSINDƏ MƏQSƏD FUNKSİYASINA GÖRƏ ZƏMANƏTLİ HƏLL VƏ ZƏMANƏTLI SUBOPTIMAL HƏLL ANLAYIŞI VƏ ONUN TAPILMASI
Çanta məsələsində məqsəd funksiyasına görə zəmanətli həll və zəmanətli suboptimal həll anlayışları verilmişdir. Funksionalın əmsallarının verilmiş tamədədli intervallar daxilində minimal artırılıb-azaldılması hesabına onun qiymətinin qeyd olunmuş ədəddən az olmamasına zəmanət verən həllin tapılması alqoritmi işlənilmişdir. Bir ədədi misal üzərində həmin alqoritim yerinə yetirilmişdir.
Açar sözlər: Çanta məsələsi, funksionala görə zəmanətli həll və zəmanətli suboptimal həll, dixotomiya prinsipi, alqoritm
Məqaləyə bax[/spoiler]
[spoiler=P.S. Cəfərov, E.R. Zeynalov, A.M. Mustafayeva, S.M. Cəfərov. Qeyri-requlyar hərəkətli dinamik obyekt, BİHE mobil robotu üçün robast idarəetmənin-tənzimləyicinin analitik sintezi (azərb.)]UOT 6250/519.7:816
P.S. CƏFƏROV, E.R. ZEYNALOV, A.M. MUSTAFAYEVA, S.M. CƏFƏROV
QEYRİ-REQULYAR HƏRƏKƏTLİ DİNAMİK OBYEKT, BİHE MOBİL ROBOTU ÜÇÜN ROBAST İDARƏETMƏNİN-TƏNZİMLƏYİCİNİN ANALİTİK SİNTEZİ
Təqdim edilən məqalədə parametrik qeyri-müəyyənliyə malik qeyri-requlyar hərəkətli dinamik obyektlər üçün dayanıqlıq dərəcəsinə görə robastlığı təmin edən qeyri-səlis T-S modelli tənzimləyicilərin analitik sintezi üsulu təklif edilmişdir. Təklif edilmiş üsulun səmərəliliyi bilavasitə BİHE mobil robotu üçün qeyri-səlis tənzimləyicilərin analitik sintezinin timsalında nümayiş edilmişdir.
Açar sözlər: qeyri-səlis T-S (Tagaki-Sugeno) modelli tənzimləyici, robastlıq, dayanıqlıq dərəcəsi, qeyri-requlyar hərəkətli obyekt, parametrik qeyri müəyyənlik
Məqaləyə bax[/spoiler]
[spoiler=R.T. Əliyev. Sparre Andersen sığorta risk prosesinin ilk dörd momenti üçün asimptotik ayrilişlar (rus.)]UOT 518.2
R.T. Əliyev
Sparre Andersen sığorta risk prosesinin ilk dörd momenti üçün asimptotik ayrilişlar
Sparre Andersen sığorta risk prosesi tədqiq olunmuşdur. Prosesin ilk dörd momenti üçün asimptotik ayrılışlar əldə edilmiş, həmçinin, dispersiya, asimmetriya əmsalı və ekssesi üçün asimptotik ekvivalentliklər alınmışdır.
Açar sözlər: sığorta risk prosesi, asimptotik ayrlış, momentlər, asimmetriya əmsalı, eksses
Məqaləyə bax[/spoiler]
[spoiler=R.İ. Davudova. Klaster analizi məsələlərində evolyusion hesablamalar (rus.)]UOT 519.7
R.İ. Davudova
Klaster analizi məsələlərində evolyusion hesablamalar
Ədədi əlamətləri ilə təsvir edilən obyektlərin optimal təsnifatının qurulması məsələsi nəzərdən keçirilmişdir. Məqalə klaster analizi məsələsinin həllində evolyusion hesablamaların tətbiqinə həsr edilmişdir. Baxılan məsələnin həlli üçün Lamarkın təkamül prinsipinə əsaslanan yeni yanaşma təklif edilmişdir.
Açar sözlər: keyfiyyət funksionalı, təkamül, lamarkizm, krossover, mutasiya, populyasiya, fərd, nəsil, autbridinq, inbridinq
Məqaləyə bax[/spoiler]
[spoiler=F.R. Nuriyeva. Tacir məsələsi üçün hiperevristik şəbəkə algoritmi (ing.)]UOT 519.8
F.R. Nuriyeva
Tacir məsələsi üçün hiperevristik şəbəkə algoritmi
Tacir məsələsi üçün evristik şəbəkə metodu adlanan yeni bir alqoritm təklif edilmişdir. Bu alqoritm ilə əvvəlcə müəyyən təpələr seçilərək bir şəbəkə təşkil edilir, sonra isə bu təpələr başlanğıç nöqtələr olaraq qəbul edilib iki ucdan ən yaxın qonşu (NND) alqoritmi tətbiq edilərək bütün təpələrdən keçən dövrə tapılır. TSPLIB kitabxanasında yer alan bir çox problem təklif olunan alqoritm, NN (ən yaxın qonşu alqoritması) və NND alqoritmləri ilə həll edilərək müqayisə edilmişdir. Hesaplama eksperimentleri təklif edilən alqoritmin daha effektiv və səmərəli olduğunu göstərir.
Açar sözlər: tacir məsələsi, evristik alqoritmlər, ən yaxın qonşu alqoritmi, iki ucdan ən yaxın qonşu alqoritmi
Məqaləyə bax[/spoiler]
[spoiler=А.Т. İsgəndərova. Qazpaylayici şleyflərdə hidratin əmələ gəlməsinin skalyar dəyişəninə görə diaqnozlaşdirilmasi (rus.)]UOT 681.5:622; 62.19
А.Т. İsgəndərova
Qazpaylayici şleyflərdə hidratin əmələ gəlməsinin skalyar dəyişəninə görə diaqnozlaşdirilmasi
Məqalədə qazpaylayıcı şləyfdə hidratın əmələ gəlməsinin (HƏG) vəziyyət dəyişəninə (VD) görə Bayes yanaşması ilə diaqnozlaşdırılmasının mümkünlüyü araşdırılmış və əsaslandırılmışdır. Göstərilmişdir ki, Bayes yamaşması əsasında skalyar VD-yə görə diаqnozlaşdırılmada həm təsnifat – vəziyyət çoxluqlarını ayırıcı sərhədlərin təyin edilməsi, həm də, VD-nin vəziyyət çoxluqlarına əks olunması yolu ilə qərar gəbuletmə məsələsi ciddi sürətdə sadələşir.
Açar sözlər: diaqnozlaşdırma, şleyf, hidratın əmələ gəlməsi, vəziyyət dəyişəni, vəziyyət çoxluqları, klassifikasiya
Məqaləyə bax[/spoiler]
İNFORMASİYA TEXNOLOGİYALARI VƏ SİSTEMLƏRİ
[spoiler=T.A. Əliyev, Q.A. Quluyev, Аs.H. Rzayev, Y.Q. Əliyev, M.H. Rezvan. Enerjiyə qənaət edən dəyişən tezlik çeviriciləri (azərb.)]UOT 004.021
T.A. ƏLİYEV, Q.A. QULUYEV, Аs.H. RZAYEV, Y.Q. ƏLİYEV, M.H. REZVAN
ENERJİYƏ QƏNAƏT EDƏN DƏYİŞƏN TEZLİK ÇEVİRİCİLƏRİ
Asinxron mühərrikinin elektrik şəbəkəsindən Birbaşa və Tezlik Çeviricisilə (Dəyişən Tezlik İntiqalı) idarə edilməsi zamanı fərqli xüsusiyyətlər müqayisə olunur, Tezlik Çeviricisinin enerjiyə qənaətetmə prinsipləri izah edilir. Enerji-qənaət mənbələri araşdırılır, "Enerji-qənaət avadanlığı” qrupuna aid olan MDSİS (Mancanaq Dəzgahının Səlis İdarəetmə Stansiyası) qurğusunun enerjiyə qənaət etməsinə dair hesabatlar verilir və Enerji-Qənaət Avadanlığı qurğularının kütləvi tətbiqinin zəruriliyi göstərilir.
Açar sözlər: dəyişən tezlik intiqalı, enerjiyə qənaət avadanlığı, enerjiyə qənaət mənbəyi, regenerasiya, asinxron mühərriki, səlis idarəetmə, sürət və momentin tənzimlənməsi, enerjiyə qənaət
Məqaləyə bax[/spoiler]
[spoiler=E.Q. Şahbazov. Neft sənayesində nanotexnoloji proseslərin əsaslarının işlənməsı və inkişaf perspektivi (rus.)]UOT 620.5
E.Q. Şahbazov
Neft sənayesində nanotexnoloji proseslərin əsaslarının işlənməsı və inkişaf perspektivi
Azərbaycanda ilk dəfə olaraq "kicik təsir və həyəcan” effekti əsasında neftqaz hasilatı sahəsində texniki-texnoloji və iqtisadi göstəricilər üzrə elmi tədqiqat, laborator və sınaq istehsalat işləri aparılmışdır. Nanotexnologiyanın işlənməsi və tətbiqi nəticəsində "Azneft” İB-nin "Siyəzənneft”, "Abşeronneft”, "Bibiheybətneft” və əvvəlki "Suraxanıneft” NQÇİ-nin azdebitli və sulaşmış quyularında neftin istehsalı 2 dəfəyədək artmış, neftçıxarmada enerji məsrəfi 15% azalmış, çıxarılan mayenin tərkibindəki su 50% qədər azaldılmışdır.
Açar sözlər: neft sənayesi, nanotexnoloji proseslər, nanohissəciklər, neftqazlı laylarda nanohadisə, nanomayelər
Məqaləyə bax[/spoiler]
[spoiler=R.R. Rzayev, E.T. Əliyev. Qeyri-səlis məntiqi çıxarılış sisteminin istifadəsilə UN FAO-layihələrinin çərçivəsi daxilində aparılan xərclərin balanslaşdırılmasının qiymətləndirilməsi (rus.)]UOT 336.69
R.R. Rzayev, E.T. Əliyev
Qeyri-səlis məntiqi çıxarılış sisteminin istifadəsilə UN FAO-layihələrinin çərçivəsi daxilində aparılan xərclərin balanslaşdırılmasının qiymətləndirilməsi
UN FAO-nun xərclər sahəsində apardığı yeni maliyyə siyasətinə müvafiq olmasına dair FAO-layihələrin budcələrinin balanslaşdırılmasının qiymətləndirilməsi məqsədilə, qeyri-səlis model işlənilmişdir. Üç ixtiyari seçilmiş layihələr timsalında bu modelin aprobasiyası və müvafiq büdcələrin uyğun balanslaşdırma dərəcələrinin qeyri-səlis interpretasiyalarının ədədi qiymətləndirilməsi nəticəsində ranqlaşdırılması yerinə yetirilmişdir.
Açar sözlər: FAO-layihəsi, qeyri-səlis çoxluq, implikativ qayda, qeyri-səlis çoxluğun ədədi qiymətləndirilməsi
Məqaləyə bax[/spoiler]
[spoiler=G.G. Abdullayeva, İ.A. İsmaylov. Etnonimlərin etimologiyasını təyin edən ekspert sistemlər batareyasının işlənməsi (oğuz etnonimləri timsalında) (rus.)]UOT 681.3:629.73
G.G. Abdullayeva, İ.A. İsmaylov
Etnonimlərin etimologiyasını təyin edən ekspert sistemlər batareyasının işlənməsi (oğuz etnonimləri timsalında)
Multidissiplinar məsələlərin həlli üçün ekspert sistemlər (ES) batareyasının yaradılması ideyasına həsr olunub. Misal üçün 24 oğuz etnonimləri araşdırılıb. Bu sinif məsələlərin dar çərçivədə və bir sahənin mütəxəssisi ilə həllinin çətinliyi göstərilib. Təklif edilən ES batareyası aşağıdakı elementlərdən layihələndirilir: türk ES, hotan ES, çin ES, arqumentlər və anti-arqumentlər blokları, analiz və qərar qəbuletmə blokları. Türk fonetika ES və onun biliklər bazası dolğun şəkildə təsvir olunub. ES batareyasının prototipi işlənib və məqalədə testləşdirmənin bəzi nəticələri nümayiş etdirilir.
Açar sözlər: ekspert sistemi, biliklər bazası, qaydalar, ekspert sistemləri batareyası
Məqaləyə bax[/spoiler]
[spoiler=Ü.E. Səttarova, Ü.N. Gözəli. Smartfonlar üçün Java proqram dilindən istifadə etməklə mobil applikasiyanın yazılması (azərb.)]UOT 004.42
Ü.E. SƏTTAROVA, Ü.N. GÖZƏLİ
SMARTFONLAR ÜÇÜN JAVA PROQRAM DİLİNDƏN İSTİFADƏ ETMƏKLƏ MOBİL APPLİKASİYANIN YAZILMASI
Java proqramlaşdırma dilindən istifadə etməklə mobil aplikasiyanın yaradılmasına baxılmışdır. Aplikasiyanın hazırlanması mərhələləri, bu mərhələlərdə Android Studionun rolu göstərilmişdir. Görünüşün hazırlanması, blokların və dəyərlərin görünüşə tətbiq olunması, kodların yazılma ardıcıllığı verilmişdir.
Açar sözlər: proqramlaşdırma, interaktiv, uzantı, dəyərlər, üçbucaq, dördbucaq, çevrə, sahə, blok, script, aplikasiya, Java, Android Studio, HTML
Məqaləyə bax[/spoiler]
-
15.05.2024
Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri üzrə 3-cü Beynəlxalq Konfrans (PLMO 2024) keçiriləcəkdir -
23.04.2024
İnformasiya Texnologiyaları və Onların Tətbiqi üzrə 2-ci beynəlxalq konfrans (ITTA 2024) keçiriləcək -
29.03.2024
ED 1.20 Dissertasiya şurasının iclası keçiriləcək -
18.03.2024
Elmi Şuranın növbəti iclası keçiriləcək