Laboratoriyanın adı | Fövqəladə hallarda idarəetmə laboratoriyası |
Telefon | (+994 12) 539-69-48 |
Laboratoriyanın müdiri | Sadıqov Əminağa Bəhmən oğlu AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor |
Əsas fəaliyyət istiqamətləri | Fövqəladə hallarda idarəetmə məsələlərinin həlli üçün riyazi modellərin, metodların və informasiya texnologiyalarının yaradılması. |
Əsas elmi nəticələri | - İlk dəfə olaraq fövqəladə halların səbəb-nəticə və məkan-zaman əlamətlərinə görə identifikasiyası və təsnifatı üçün riyazi metodologiya işlənmiş, təhlükəyə məruz qalmış regionun idarəetmə obyekti kimi riyzi təsviri verilmişdir; - Fövqəladə hallarda çevik idarəetmə məsələlərinin həlli üçün riyazi modellər, metodlar və yeni informasiya texnologiyaları işlənmişdir; - Potensial təhlükəli obyektlərin pasportlaşdırılması üçün verilənlər bazasının yaradılması texnologiyası işlənmişdir; - Qəzaya səbəb olan təsədüfi hallar arasında səbəb-nəticə əlaqələrini aşkar etmək, qəza risklərinin yaranmasını qiymətləndirmək və ani dəyişiklikləri olan prosesləri modelləşdirmək və beləliklə ekoloji təhlükəli odyektlərin təhlükəsizliyini maksimum təmin etmək üçün yeni metodologiya işlənmişdir; - Qəzaların monitorinqi üçün nproqnoz məsələlərinin həll alqoritmləri işlənmişdir; - Zaman sıralarının qabaqcadan klasterləşdirilməsi yolu ilə ən yaxın qonşu metodu ilə proqnozlaşdırmanın selektiv və hibrid növlərinin kombinə edilmiş modelləri işlənmişdir; - Hava və su mühitində çirkləndirici maddələrin yayılmasının riyazi modelləri işlənmişdir; - Fövqəladə halların inkişaf proseslərinin dağıdıcı təsirlərin təzahürünün və müdafiə tədbirlərinin yerinə yetirilməsinin alternativlərini əks etdirən yönəldilmiş multiqraf şəklində göstərilməsi; - Fövqəladə hallarda əsas idarəetmə məsələlərinin ifadə edilməsi və onların operativ idarəetmə konturlarının iyerarxik sistem şəklində dekompozisiyası; - Qeyri-müəyyənlik şəraitində su ehtiyatlarının idarə edilməsinin riyazi modeli; - Qazdan təhlükəli müəssisənin ekoloji modelinin yaradılmasının riyazi modeli; - Yanan hissəciklərin sürətinin və maksimal uçuş məsafəsinin hesablanmasının analitik düsturu verilmişdir; - Texnogen təsir risklərinin minimallaşdırılması məsələsinin həllinin robast metodu təklif olunmuşdur; - Yanğın zamanı metropolitenin yeraltı qurğularında hava axınlarının hərəkətinin modelləşdirilməsi üçün ədədi modelləşdirmə metodu işlənmişdir; - Hərbi fəaliyyət ərazilərində ekoloji proseslərin riyazi modeli işlənmişdir. |
-
15.05.2024
Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri üzrə 3-cü Beynəlxalq Konfrans (PLMO 2024) keçiriləcəkdir -
23.04.2024
İnformasiya Texnologiyaları və Onların Tətbiqi üzrə 2-ci beynəlxalq konfrans (ITTA 2024) keçiriləcək -
29.03.2024
ED 1.20 Dissertasiya şurasının iclası keçiriləcək -
18.03.2024
Elmi Şuranın növbəti iclası keçiriləcək