Saytın xəritəsi
AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • İnstitutun tarixi
    • Rəhbərlik
    • Struktur
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Konfranslar, İclaslar, Çıxışlar
    • Görüşlər
    • Yeni nəşrlər
    • Yubileylər
    • KİV
    • Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • Doktorantura
    • Magistratura
    • Hesabatlar
    • Laboratoriya seminarları
    • Elmi seminarlar
    • Gənc alimlər və mütəxəssislər şurası
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının Elmi seminarının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Sənədlərin siyahısı
    • Dissertasiyalara dair tələblər
    • Dissertasiyaların tərtibi qaydaları
    • Tövsiyə edilən elmi nəşrlər
    • Dissertasiyaların avtoreferatları
    • Dissertasiya şurası ilə əlaqə
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Təklif olunan layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
    • Sərgi zalı
  • BEYNƏLXALQ ƏMƏKDAŞLIQ
    • Müqavilələr və Memorandumlar
    • Beynəlxalq tədbirlər, görüşlər
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının iclası keçirildi

09.01.2021 / Elmi şura

8 yanvar 2021-ci il tarixində AMEA-nın İdarəetmə Sistemləri  İnstitutunun Elmi şurasının yeni ildə ilk iclası onlayn formatda keçirilmişdir. İclasda institutun rəhbərliyi, şura üzvləri, şöbə və laboratoriya müdirləri tam heyətdə və dəvət olunmuş qonaqlar iştirak edirdilər. İclasda həmçinin AMEA-nın müşavirləri akademik Telman Əliyev və akademik Əli Abbasov iştirak edirdilər.

Elmi şuranın sədri, institutun direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov iclası açaraq iclas iştirakçılarını Vətən müharibəsində qazandığımız inamlı qələbə və Yeni təqvim ilinin başlaması münasibətilə təbrik etdi və onlara yaradıcılıq uğurları arzuladı. O, qeyd etdi ki, Azərbaycan xalqı öz tarixinin ən şanlı dövrünü yaşayır.  Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və gərgin əməyi sayəsində müzəffər ordumuz işğalçı düşmənə sarsıdıcı zərbələr endirərək torpaqlarımızı azad etdi və Azərbaycan xalqının cəsur, mərd və öz vətəni uğrunda son damla qanınadək vuruşmağa hazır olan xalq olduğunu bütün dünyaya sübut etdi. Ə.Sadıqov əlavə etdi ki, indi hamımızın qarşısında duran ümdə vəzifə ölkə başçısının ətrafında həmişə olduğu kimi yenə də sıx birləşmək, qələbəmizin dönməzliyini təmin etmək, ölkəmizin iqtisadi qüdrətini daha da artırmaq məqsədilə var qüvvəmizlə çalışmaqdır. Alimlərin üzərinə düşən əsas vəzifə isə ölkənin elmi-texnoloji, cəmiyyətin mədəni-mənəvi inkişafını təmin etməkdir. O, bildirdi ki, məhz ona görə də cari ildə Elmi şuranın ilk iclasının gündəliyinə 2021-ci il üçün İnstitutun elmi-tədqiqat işlərinin planlarının müzakirəsi və digər vacib məsələlər daxil edilmişdir.

Sonra Ə.Sadıqov İnstitutun əsas elmi istiqamətlərini və 2021-ci il üçün  elmi-tədqiqat işləri planının layihəsini təqdim etdi. O, qeyd etdi ki, layihə institutun bütün şöbə və laboratoriyalarının iştirakı, müasir dünya elminin inkişaf meylləri və ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı elmi və texnoloji problemlər nəzərə alınmaqla hazırlanmışdır. Elmi istiqamətlər və plan layihəsi geniş müzakirə olundu. Akademiklər Telman Əliyev və Əli Abbasov, AMEA-nın müxbir üzvləri Qorxmaz İmanov, Kamil Aydazadə, Ağası Məlikov, professorlar Knyaz Məmmədov, Kamil Mənsimov, Ramin Rzayev, Qəmbər Quluyev, Eldar Şahbazov, Abbas Rzayev, Elçin Əliyev, İlqar Məmmədov, dosent Əbülfət Fətullayev, i.ü.f.d. Aygün Əliyeva və başqaları çıxış edərək öz rəy və təkliflərini bildirdilər. Plana bir sıra əlavə və dəyişikliklərin edilməsi tövsiyə olundu. Layihə səsə qoyuldu və qəbul edildi.

Şuranın sədri Ə.Sadıqov davam edərək bildirdi ki, növbəti məsələ İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü, Dövlət mükafatı laureatı, iqtisad elmləri doktoru, professor Qorxmaz İmanovun 80 illik yubileyinin təşkili və keçirilməsi ilə bağlıdır. O, Qorxmaz İmanovun Azərbaycan elminin inkişafındakı xidmətlərindən, əldə etdiyi elmi nailiyyətlərdən, yaratdığı elmi məktəblərdən, hazırladığı elmi kadrlardan, elmi, elmi-təşkilati və pedoqoji fəaliyyətindən ətraflı danışdı. Elmi şura üzvləri də Qorxmaz İmanovu görkəmli alim, nəcib insan və nüfuzlu ziyalı kimi xarakterizə etdilər. Elmi şura AMEA-nın müxbir üzvü Qorxmaz İmanovun yubileyinin yüksək səviyyədə keçirilməsi ilə bağlı AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul etdi.

Sonra gündəlikdəki digər məsələlər, o cümlədən Elmi şuranın tərkibində dəyişikliklərin edilməsi, institutun elmi jurnalı, elmi seminarı və s. haqqında məsələlər müzakirə olundu və müvafiq qərarlar qəbul edildi.

Tweet
ELANLAR
  • 14.01.2021
    Gənc alim və mütəxəssislər şurası üzvlərinin diqqətinə
  • 11.12.2020
    “InnoWeek - İnnovasiyalar Həftəsi” çərçivəsində virtual olaraq “Cyber Security Envisioning Workshop” - “Kibertəhlükəsizlik vebinarı” keçiriləcəkdir
  • 25.11.2020
    Tələbə və Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransları keçiriləcək
  • 24.11.2020
    Müəlliflərin nəzərinə!
Akademik Telman Əliyev
www.telmanaliev.az
VİDEO
HORIZON 2020
AMEA İdarəetmə Sistemləri İnstitutu Avropa Birliyinin İnformasiya Kommunikasiya Texnologiyaları üzrə HORIZON 2020-nin dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
FOTOQALAREYA
VİDEOQALEREYA
  • İNSTİTUT HAQQINDA
    • İnstitutun tarixi
    • Rəhbərlik
    • Struktur
    • Əlaqə
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Təklif olunan layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
  • XƏBƏRLƏR
    • - Konfranslar, İclaslar
      • Dissertasiya şurasının tərkibi
      • Dissertasiya şurasının Elmi seminarının tərkibi
      • Dissertasiya şurasının iclasları
      • Sənədlərin siyahısı
      • Dissertasiyalara dair tələblər
      • Dissertasiyaların tərtibi qaydaları
      • Tövsiyə edilən elmi nəşrlər
      • Dissertasiyaların avtoreferatları
      • Dissertasiya şurası ilə əlaqə
    • Müqavilələr və Memorandumlar
    • - Beynəlxalq tədbirlər, görüşlər
      • Təklif olunan layihələr
      • Yaradılan cihazlar
      • Tətbiq işləri
      • Patentlər
      • Qrantlar
      • Sərgi zalı
    • - Yubileylər
      • Müqavilələr və Memorandumlar
      • Beynəlxalq tədbirlər, görüşlər
  • FAYDALI KEÇİDLƏR
    • Linklər
    • Yeni nəşrlər
    • Elanlar
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017