AMEA-nın müxbir üzvü Qorxmaz İmanovun professor Lütfi Zadənin xatirəsinə həsr olunmuş kitabı Springer nəşriyyatında çapdan çıxmışdır
11.01.2021 / Xəbərlərİdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü, Dövlət mükafatı laureatı, iqtisad elmləri doktoru, professor Qorxmaz İmanovun "İqtisadiyyatda qeyri-səlis modellər" adlı kitabı Springer nəşriyyatında çap edilmişdir.
Kitab AMEA-nın fəxri (xarici) üzvü olmuş professor L.Ələsgərzadənin (Lütfi Zadə) xatirəsinə həsr edilmişdir. Kitabın redaktoru Polşa Elmlər Akademiyasının həqiqi üzvü, akademiki Janusz Kacprzyk və kitabın ön sözü İspaniyanın İqtisadiyyat və Maliyyə Kral Akademiyasının Prezidenti, professor J.Gil-Aluja tərəfindən yazılmışdır.