İdarəetmə Sistemləri İnstitutunun layihələrinin neft mədənlərində tətbiqi uğurla davam edir
14.01.2021 / XəbərlərAMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Neftqazçıxarma obyektlərin nəzarət, diaqnostika və idarəetmə sistemləri laboratoriyasının rəhbəri, texnika üzrə elmlər doktoru Asif Rzayev Elm Tv –yə müsahibə vermişdir. A.Rzayev SOCAR-la birgə layihələrin davam edildiyini və “Gücdən düşmüş neft mədənlərinin idarə edilməsi layihəsi”-nin hazırda tətbiqinə başlanıldığını bildirmişdir. O, müəssisə alimlərinin hazırladığı Nois texnologiyası əsasında yaradılan qurğunun idarə olunma prinsipindən danışaraq, müasir texnologiyalar əsasında hazırlanan layihənin gələcəkdə böyük iqtisadi səmərə verəcəyini vurğulamışdır.
Qeyd edək ki, İdarəetmə Sistemləri İnstitutu ilə SOCAR-ın ikinci böyük layihəsi olan "Qazma prosesində qəzaların erkən diaqnostika sistemi" də müzakirə mərhələsindədir.
Daha ətraflı Elm TV-nin hazırladığı reportajdan izləyə bilərsiniz.