“AMEA-nın xəbərləri” (fizika-texnika və riyaziyyat elmləri seriyası) “İnformatika və idarəetmə problemləri” jurnalının yeni nömrəsi çapdan çıxıb
28.01.2021 / Nəşr fəaliyyətiAMEA İdarəetmə Sistemləri İnstitutunun “AMEA-nın xəbərləri” (fizika-texnika və riyaziyyat elmləri seriyası) “İnformatika və idarəetmə problemləri” jurnalının 2020-ci il üzrə ikinci nömrəsi oxuculara təqdim olunub.
Jurnalda “İnformasiya texnologiyaları və sistemləri”, “modelləşdirmə və identifikasiya” və “idarəetmə nəzəriyyəsi” bölmələri altında ingilis dilində 12 məqalə dərc olunub. Nəşrdə “Hərbi fəaliyyət obyektlərində ekoloji proseslərin riyazi modelləşdirməsi”, “Zəlzəyə hazırlığın başlanmasının Noise monitorinqi və onun ocağının zonası barədə xəbərdarlığı təmin edən Azərbaycan Türkmənistan intellektual seysmoakustik sistem”, “Küylənmiş siqnalların ekvivalent küylərinin formalaşması texnologiyasından istifadə etməklə dəmir yolu infrastrukturasının vəziyyətinin intellektual noise-nəzarətivə”, “Kəsiyin geoloji tədqiqatları əsasında alınan məlumatlara görə karbohidrogen ehtiyatlarının qiymətləndirilməsi məsələlərində qeyri-səlis çoxluqlar nəzəriyyəsi metodlarının tətbiqi”, “Qeyri-stasionar təsirlərdə fraktal qatı-elastik mühitlərin dinamikasının modelləşdirilməsi”, “Polumarkov dolaşma prosesində Manjeron tənliyi” və s. kimi aktual mövzularda elmi məqalələr yer alıb.
Elmi məqalələrin elektron variantı jurnalın www.icp.az internet saytında yerləşdirilib. Jurnalda yer alan məqalələri saytdan yükləməklə oxumaq mümkündür.
Xatırladaq ki, AMEA Rəyasət Heyətinin qərarı ilə 1997-cı ildən nəşr olunan jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin” siyahısına daxildir.