İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbərinin ingilis dilində metodiki göstərişlər toplusu nəşr olunmuşdur
11.02.2021 / Nəşr fəaliyyətiAMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri, t.e.d., professor Nailə Musayevanın və Reyhan Həsənəlizadənin həmmüəllifi olduqları “Hesablama təcrübələri” (Computational experiments) adlı metodiki göstərişlər toplusu ingilis dilində nəşr olunmuşdur. Kitab 050655 – “İnformasiya texnologiyaları” ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələrin laboratoriya işlərini yerinə yetirmək üçün nəzərdə tutulub.
Metodiki göstərişdə elmi-tədqiqat işlərinin avtomatlaşdırma vasitələri olan MATCAD, MATLAB sistemləri haqqında ətraflı məlumat verilmişdir. Burada MATHCAD ilə işləmək üçün vacib olan mövzular öz əksini tapmışdır: sistemin giriş dili ilə işləmə, funksiyalarin qurulması, ranqlanmış dəyişənlərin, fayl verilənlərinin, matrislərin və vektorların, istifadəçinin funksiyalarının yaradılması. MATLAB-ın əsas mövzuları olan: riyazi ifadələrin tərtibi, operatorlar və funksiyalar ilə işləmə, vektorların və matrislərin yaradılması, funksiyaların qrafiklərının qurulması, xətti tənliklər sisteminin həlli, inteqralın hesablanması, proqramların yazılması metodiki göstərişdə ifadə edilmişdir.