İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri beynəlxalq konfransın proqram komitəsinə üzv təyin olunmuşdur
16.02.2021 / XəbərlərAMEA İdarəetmə Sistemləri İnstitutunun (ISI) laboratoriya rəhbəri, r.e.d., professor Kamil Mənsimov Belarus Dövlət Universitetinin və Belarus MEA-nın Riyaziyyat İnstitutunun təşkilatçılığı ilə 5-10 oktyabr tarixlərində Minskdə keçiriləcək “Dinamik sistemlər: dayanıqlılıq, idarəetmə, optimallaşdırma” DSSCO-21 beynəlxalq elmi konfransın proqram komitəsinə üzv təyin olunmuşdur. Konfrans optimallaşdırma və optimal idarəetmə sahəsində dünyaca tanınmış, Belarus əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor R.F. Qabasovun xatirəsinə həsr olunur.
Konfransda həmçinin İSİ-nin aparıcı elmi işçisi, dosent Rəşad Məstəliyev də məruzə edəcəkdir.