İdarəetmə Sistemləri İnstitutunun əməkdaşının elmi məqaləsi Ukraynada dərc edilib
25.02.2021 / XəbərlərAMEA İdarəetmə Sistemləri İnstitutunun İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri, i.ü.f.d. Aygün Əliyevanın “Azərbaycan Respublikasında müasir innovativ iqtisadi inkişafın əsas perspektivli istiqamətləri” (The main promising directions of modern innovative economic development in Republic of Azerbaijan) adlı elmi məqaləsi Ukraynanın “Ujgorod Dövlət Universitetinin Xəbərləri. Beynəlxalq iqtisadi münasibətlər və dünya iqtisadiyyatı” (http://www.visnyk-econom.uzhnu.uz.ua/archive/34_2020ua/4.pdf) elmi-praktiki jurnalında ingilis dilində dərc edilib.
Tədqiqatın əsas məqsədi milli iqtisadiyyatın bazar münasibətləri kontekstində innovativ fəaliyyətinin təşkilinin mövcud vəziyyətini öyrənməkdir. Məqalədə beynəlxalq reytinq hesabatlarında Azərbaycanın innovasiya sahəsindəki mövqeyi digər ölkələrlə müqayisədə təhlil edilmişdir. Həmçinin, məqalədə iqtisadi sahədə müasir innovasiyaların tətbiqinin mövcud problemləri təhlil olunur, aradan qaldırılması istiqamətində təklif və tövsiyələr təqdim edilir.