AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda koronavirusa qarşı növbəti dəfə dezinfeksiya işləri həyata keçirilib
05.04.2021 / Xəbərlərİdarəetmə Sistemləri İnstitutunda koronavirusun yayılmasının qarşısının alınması, müəssisə işçilərinin sağlamlığı və təhlükəsizliyinin qorunması məqsədilə mütəmadi olaraq sanitar-dezinfeksiya və digər qabaqlayıcı tədbirlər həyata keçirilir.
Bu məqsədlə 02 aprel 2021-ci il tarixində İdarəetmə Sistemləri İnstitutunda növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri görülüb. İnstitutun nəzarət-buraxılış məntəqəsi, ərazisi, inzibati binanın otaqları, konfrans zalı və dəhlizləri dezinfeksiya olunub.
Qeyd edək ki, İdarəetmə Sistemləri İnstitutunda Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi şəkildə əməl olunur. Əməkdaşlar İnstituta tibbi maska ilə buraxılır, sosial məsafə gözlənilir və şəxsi gigiyena qaydalarına ciddi nəzarət olunur.