İdarəetmə Sistemləri İnstitutunda növbəti elmi seminar keçirildi
06.04.2021 / Xəbərlər02.04.2021-ci il tarixində İdarəetmə Sistemləri İnstitutunda (İSİ) növbəti elmi seminar keçirildi. Seminarda İnstitutun rəhbərliyi, laboratoriya rəhbərləri və dəvət olunmuş qonaqlar iştirak etdilər.
Tədbirdə institutun qonağı Babək Murad Kəngərli müəllifi olduğu ”Medinternet” onlayn sistemi haqqında təqdimatla çıxış edərək ətraflı məlumatı iştirakçıların diqqətinə çatdırdı. Məruzəçi qeyd etdi ki, “Medinternet” onlayn sistem mexanizmi kompüterlər, internet, bulud texnologiyaları və xüsusi rəqəmsal formada təsvir olunmuş tibbi biliklərin iştirakı ilə yaradılır. B.Kəngırlinin sözlərinə görə bu sistemin istifadəsi dünya həkimlərinə və klinikalara İnternetlə qoşulmuş fərdi kompüterlər vasitəsilə xəstələrə dəqiq diaqnoz və ən optimal müalicə əldə etməyə imkan yaradacaq.
Sonra məruzə ətrafında aparılan müzakirələrdə İSİ-nin əməkdaşları coxsaylı suallarla iştirak etdilər. İnstitutun baş direktoru akademik Əli Abbasov və akademik Telman Əliyev, çıxış edərək təklif olunan “Medinternet” onlayn sisteminin əhəmiyyətini yüksək qiymətləndirdilər və müvafiq təkliflər irəli sürdülər.