İdarəetmə Sistemləri İnstitutunun əməkdaşlarının məqaləsi nüfuzlu jurnalda dərc olunub
14.04.2021 / XəbərlərAMEA İdarəetmə Sistemləri İnstitutunun (İSİ) “Mürəkkəb dinamik sistemlərdə idarəetmə” laboratoriyasının rəhbəri, prof. Kamil Mənsimov və həmin laboratoriyanın aparıcı elmi işçisi, dosent Rəşad Məstəliyevin həmmüəllif olduğu “Stoxastik Qursa-Darbu sistemlərində kvaziməxsusi idarələr” (Квазиособые управления в стохастических системах Гурса-Дарбу) adlı məqalə Rusiya Elmlər Akademiyasının Proqram Sistemləri institutunun “Proqram sistemləri: nəzəriyyə və tətbiqlər”(Программные системы: теория и приложения, 2021, 2(49)) (http://psta.psiras.ru/read/psta2021_2_3-18.pdf )elmi jurnalında dərc olunub.
Məqalədə paylanmış parametrli stoxastik optimal idarəetmə məsələsi tədqiq olunaraq, kvaziməxsusi idarələrin optimallığı üçün müxtəlif tipli zəruri şərtlər alınmışdır.