Dissertasiya şurasının növbəti iclası keçirilmişdir
16.04.2021 / Dissertasiya şurasının iclasları15.04.2021-ci il tarixində AMEA İdarəetmə Sistemləri İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.19 Dissertasiya şurasının onlayn iclası keçirildi. İclasda daxil olmuş dissertasiya işləri ilə bağlı cari vəziyyət müzakirə olundu.
Şuranın “Kompüter elmləri” ixtisası üzrə elmi seminarın qərarına uyğun olaraq riyaziyyat üzrə fəlsəfə doktoru Əşrəfova Yeganə Ramiz qızının “Qeyri-dəqiq verilmiş başlanğıc şərtli evolyusiya sistemlərinin sərhəd və idarəetmə məsələlərinin ədədi həll üsullarının işlənməsi və tətbiqi” adlı doktorkuq disertasiyasının müdafiəsi 26 may 2021-ci il tarixinə təyin edildi.
Fəlsəfə doktoru elmi adı almaq üçün tədqim olunmuş Abdullayeva Nərminə Abbulla qızının “Xidmət anları tsiklik olan kütləvi xidmət sistemlərində idarəetmə məsələləri” və Nəsibzadə Vüsalə Nazim qızının “İkitərtibli hiperbolik tənliklər üçün bəzi tərs məsələlərin optimallaşdırma üsulları ilə tədqiqi və onların həll alqoritmləri” adlı disertasiya işləri müzakirə olunmaq üçün uyğun olaraq “Ehtimal nəzəriyyəsi” və “Kompüter elmləri” ixtisası üzrə Şuranın nəzdində fəaliyyət göstərən elmi seminarlara yönəldildi.