Dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir
05.05.2021 / Dissertasiya şurasının iclasları4 may 2021-ci ildə saat 15:00-da İdarəetmə Sistemləri İnstitutunda (İSİ) iddiaçı Polad Şahmalı oğlu Heydərov tərəfindən 3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə texnika elmləri doktoru elmi dərəcəsini almaq üçün təqdim edilən “Архитектуры и модели нейронных сетей реализующие метрические методы распознавания” mövzusundakı dissertasiya işinin müzakirəsi keçirilmişdir.
Dissertasiya işi növbəti mərhələyə təqdim olunmaq üçün tövsiyə edilmişdir.
Qeyd edək ki, müzakirə xüsusi karantin rejimi dövründə dissertasiya şuralarının nəzdində fəaliyyət göstərən elmi seminarlarda müzakirələrin təşkili və keçirilməsinə dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 29.01.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tələblər” əsasında AMEA İSİ-də keçirildi.