Dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir
08.05.2021 / Dissertasiya şurasının iclasları7 may 2021-ci ildə saat 12:00-da AMEA İdarəetmə Sistemləri İnstitutunda (İSİ) iddiaçı Vəlicanova Gülnarə Məmmədağa qızı tərəfindən 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün tədqim edilən “Kanalları müxtəlif sxemlər üzrə bölüşdürülmüş hücrəli rabitə şəbəkələrinin xarakteristikalarının hesablanması alqoritmləri” mövzusundakı dissertasiya işinin müzakirəsi keçirilmişdir.
Dissertasiya işi növbəti mərhələyə təqdim olunmaq üçün tövsiyə edilmişdir.
Qeyd edək ki, müzakirə xüsusi karantin rejimi dövründə dissertasiya şuralarının nəzdində fəaliyyət göstərən elmi seminarlarda müzakirələrin təşkili və keçirilməsinə dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 29.01.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tələblər” əsasında AMEA İSİ-də keçirildi.