İdarəetmə Sistemləri İnstitutunda magistrantların yay imtahan sessiyası başlamışdır
11.06.2021 / XəbərlərAzərbaycan Milli Elmlər Akademiyası Prezidentinin 17 may 2021-ci il tarixli 92 №-li sərəncamına əsasən 2020/2021-ci il tədris ilinin yay imtahan sessiyası 2021-ci il uyunun 1-dən iyulun 5-dək keçiriləcəkdir. İdarəetmə Sistemləri İnstitutunda imtahanların keçirilməsi ölkə ərazisində tətbiq olunan karantin rejiminin tələblərinə uyğun olaraq ənənəvi qaydada təşkil edilmişdir.
Sessiya ərzində “Kömpüter elmləri” ixtisası üzrə təhsil alan 3 magistrant, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 1 magistrant imtahanlarda iştirak edəcəkdir.
İlk imtahanlar 11 iyun 2021-ci il tarixində keçirilmişdir. “Kömpüter elmləri” ixtisası üzrə təhsil alan magistrantlar fənn müəllimi, r.ü.f.d., dos. Gülçin Abdullayevanın tədris etdiyi “İdarəetmə sistemlərində qərar qəbuletmə üsulları” fənnindən, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan magistrant fənn müəllimi, texnika üzrə fəlsəfə doktoru, dosent Tahir Əlizadənin tədris etdiyi “İdarəetmə obyektlərinin identifikasiya üsulları” fənnindən imtahanlarda iştirak etmişdir. İmtahanlarda İnstitutun Təhsil şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Sevinc Quliyeva da iştirak etmişdir.
Yay imtahan sessiyası ərzində keçiriləcək növbəti imtahanlar 17, 22, 23, 29 iyun və 2 iyul tarixlərinə təyin edilmişdir.