AMEA İdarəetmə Sistemləri İnstitutunun əməkdaşlarının məqaləsi nüfuzlu jurnalında dərc olunub
16.06.2021 / XəbərlərAzərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun “Mürəkkəb dinamik sistemlərdə idarəetmə” laboratoriyasının rəhbəri prof. Kamil Mənsimov və aparıcı elmi işçi, dosent, Rəşad Məstəliyevin həmmüəllif olduqları “Представление решения задачи Гурса для линейных стохастических гиперболических дифференциальных уравнений второго порядка” (İkinci tərtib xətti stoxastik hiperbolik diferensial tənliklər üçün Qursa məsələsinin həllinin göstərilişi) adlı məqalə «Известия Иркутского государственного университета. Сер. Математика, 2021, т.36 » https://mathizv.isu.ru/ru/article?id=1375 jurnalında dərc olunub.
Məqalə xətti, bircins olmayan, hiperbolik tip ikinci tərtib stoxastik Qursa-Darbu sərhəd məsələsinin həllinin göstərilişinin alınmasına həsr olunmuşdur. Əvvəlcə baxılan tənliklər sisteminin həlli inteqral formasında aşkar şəkildə tapılmış sonra isə Riman matrisinin stoxastik analoqunun baxılan tənliyə uyğun bircins tənliyin də həlli olduğu isbat olunmuşdur.