Dissertasiya şurasının elmi seminarının iclası keçirilmişdir
16.02.2016 / Dissertasiya şurasının iclasları16 fevral 2016-cı ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun D 01.121 Dissertasiya Şurasının Elmi seminarı keçirilmişdir. Seminarda t.e.d., professor F.G.Ağayevin rəhbərliyi ilə Hüseynova Rəna Ömər qızının texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 3337.01 – "İnformasiya-ölçmə və idarəetmə sistemləri" ixtisası üzrə yerinə yetirdiyi "Atmosferdə aerozol və kiçik konsentrasiyalı qazlara nəzarət və onların ölçülməsi üçün intellektual sistemlərin işlənməsi" mövzusu üzrə dissertasiya işinin müzakirəsi keçirilmişdir.
Sonda dissertasiya işi müsbət qiymətləndirilib və növbəti mərhələyə buraxılması tövsiyə edilib.