Dissertasiya şurasının elmi seminarının iclası keçirilmişdir
17.05.2016 / Dissertasiya şurasının iclasları17 may 2016-cı ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun D 01.121 Dissertasiya Şurasının Elmi seminarı keçirilmişdir. Seminarda t.e.d. R.R. Rzayev-in rəhbərliyi ilə Aydın İslam oğlu Göyüşovun texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 1203.01 – "Kompyuter elmləri” ixtisası üzrə yerinə yetirdiyi "Rabitə xidmətlərinin keyfiyyətini qiymətləndirən Neyro-Fuzzy modellərin və alqoritmlərin işlənməsi" mövzusu üzrə və S.Q. Kərimovun rəhbərliyi ilə Ali Şaban Amoojinin texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 3338.01 – "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə yerinə yetirdiyi "Nevroloji xəstəliklərin diaqnostikası üzrə ekspert sisteminin qurulması” mövzusu üzrə dissertasiya işlərinin müzakirəsi keçirilmişdir.
Sonda hər iki dissertasiya işi müsbət qiymətləndirilib və növbəti mərhələyə buraxılmaları tövsiyə edilib.
Sonda hər iki dissertasiya işi müsbət qiymətləndirilib və növbəti mərhələyə buraxılmaları tövsiyə edilib.