Dissertasiya şurasının növbəti elmi seminarı keçirildi
17.11.2015 / Dissertasiya şurasının iclasları17 noyabr 2015-ci ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun D 01.121 Dissertasiya Şurasının Elmi seminarı keçirilmişdir. Seminarda Mehrdad Aslan Babavənd Ərəblu oğlunun texniki elmlər doktoru alimlik dərəcəsi almaq üçün 3338.01 – "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi" ixtisası üzrə yerinə yetirdiyi "Səhvlərə nəzarətedici blok kodlarında səhvlərin aşkarlanma və düzəldilməsi alqoritmlərinin effektiv reallaşdırması” mövzusu üzrə dissertasiya işinin müzakirəsi keçirilmişdir.
Sonda dissertasiya işi müsbət qiymətləndirilib və növbəti mərhələyə buraxılması tövsiyə edilib.