Dissertasiya şurasının növbəti elmi seminarı keçirildi
21.01.2014 / Dissertasiya şurasının iclasları21 yanvar 2014-cü ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun D 01.121 Dissertasiya Şurasının Elmi seminarı keçirilmişdir. Seminarda RüstəmovAnar Mürşüd oğlunun texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 3338.01 – "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə yerinə yetirdiyi "Simsiz sensor şəbəkələrin keyfiyyət göstəricilərinin hesablanması və yaxşılandırılması alqoritmlərin yaradılması” mövzusu və Nağıyev Həsən Əli oğlunun riyaziyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 1203.01 - "Kompüter elmləri" ixtisası üzrə yerinə yetirdiyi "Üç ölçülü qeyri-xətt dinamiki sistemlərin ədədi üsul-lara keyfiyyət təhlili və idarə etmə prosseslərin vizialaşdırılması (neftin krekinqi prosesi nümunəsində)”mövzusu üzrə dissertasiya işlərinin müzakirəsi keçirilmişdir.
Sonda hər iki dissertasiya işi müsbət qiymətləndirilib və növbəti mərhələyə buraxılmaları tövsiyə edilib.