Dissertasiya şurasının növbəti elmi seminarı keçirildi
03.12.2013 / Dissertasiya şurasının iclasları03 dekabr 2013-cu ildə AMEA Kibernetika İnstitutunun D 01.121 Dissertasiya Şurasının Elmi seminarı keçirilmişdir.
Seminarda Mirzazadə İradə Hatəm qızının texniki üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 3338.01 – "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi" ixtisası üzrə yerinə yetirdiyi "Toksiki maddələrlə zəhərlənmələrin diaqnostika və monitorinqi üçün intellektual-informasiya sisteminin işlənməsi” mövzusu və Səfərli İslam İlham oğlunun texniki üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 3338.01 – "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi" ixtisası üzrə yerinə yetirdiyi "Telekommunikasiya şirkətlərinin açar idarəedici kompetensiyalarının identifikasiyasının üsul və modelləri” üzrə dissertasiya işlərinin müzakirəsi keçirilmişdir.
Sonda dissertasiya işlərinin müsbət qiymətləndirilib və növbəti mərhələyə buraxılması tövsiyə edilib.