Dissertasiya şurasının növbəti elmi seminarı keçirildi
25.11.2014 / Dissertasiya şurasının iclasları25 noyabr 2014-cü ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun D 01.121 Dissertasiya Şurasının Elmi seminarı keçirilmişdir. Seminarda Məmmədov Nazim Nəriman o. oğlunun riyaziyyat üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün 1203.01 – "Kompüter elmləri" ixtisası üzrə yerinə yetirdiyi "Tamədədli proqramlaşdırma məsələlərində zəmanətli həll anlayışı və onun qurulması alqoritmləri” mövzusu və Əfəndiyeva Həcər Cavid qızının riyaziyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 1203.01 – "Kompüter elmləri" ixtisası üzrə yerinə yetirdiyi "Ehtiyatlardan səmərəli istifadə modelləri və onların tədqiqi” mövzusu üzrə dissertasiya işlərinin müzakirəsi keçirilmişdir.
Sonda hər iki dissertasiya işi müsbət qiymətləndirilib və növbəti mərhələyə buraxılmaları tövsiyə edilib.