Dissertasiya şurasının növbəti elmi seminarı keçirildi
21.10.2014 / Dissertasiya şurasının iclasları21 oktyabr 2014-cü ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun D 01.121 Dissertasiya Şurasının Elmi seminarı keçirilmişdir. Seminarda Mehdizadə Elnar Kamran oğlunun texnika üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün 3337.01 – "İnformasiya ölçmə və idarəetmə sistemləri” ixtisası üzrə yerinə yetirdiyi "İnformasiya-ölçmə sistemlərində kəsilməz siqnalların ölçmə dəqiqliyinin yüksəldilməsinin kombinasiyalı test üsulunun işlənməsi” mövzusu və Nəsiyyəti Mehriban Məmməd qızının riyaziyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 1203.01 – "Kompüter elmləri" ixtisası üzrə yerinə yetirdiyi "Pilləvari diskret iki parametrli idarəetmə məsələlərındə optimallıq şərtləri” mövzusu üzrə dissertasiya işlərinin müzakirəsi keçirilmişdir.
Sonda hər iki dissertasiya işi müsbət qiymətləndirilib və növbəti mərhələyə buraxılmaları tövsiyə edilib.