Dissertasiya şurasının növbəti elmi seminarı keçirildi
04.03.2014 / Dissertasiya şurasının iclasları04 mart 2014-cü ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun D 01.121 Dissertasiya Şurasının Elmi seminarı keçirilmişdir. Seminarda Əliyev Məhəmməd Məhərrəm oğlunun riyaziyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 1203.01 – "Kompüter elmləri"” ixtisası üzrə yerinə yetirdiyi "Təmədədli proqnozlaşdırılma məsələləri suboptimal həllinin həndəsi üsullarla tapılması” mövzusu və Şabanov Məmməd Əli oğlunun texniki üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 1203.01 - "Kompüter elmləri" ixtisası üzrə yerinə yetirdiyi "Dinamik modelləri avtomatik idenfikasiya alqoritmlərin işlənməsi” mövzusu üzrə dissertasiya işlərinin müzakirəsi keçirilmişdir.
Sonda hər iki dissertasiya işi müsbət qiymətləndirilib və növbəti mərhələyə buraxılmaları tövsiyə edilib.