Dissertasiya şurasının növbəti elmi seminarı keçirildi
05.05.2015 / Dissertasiya şurasının iclasları05 may 2015-ci ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun D 01.121 Dissertasiya Şurasının Elmi seminarı keçirilmişdir. Seminarda Abdullayev Vaqif Maarif oğlunun riyaziyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 1203.01 - "Kompüter elmləri"i xtisası üzrə yerinə yetirdiyi "Qeyri-lokal başlanğıc-səryəd şərti yüklənmiş sistemlər üçün sərhəd və optimal idarəetmə məsələlərin ədədi həll üsullarının işlənməsi” mövzusu üzrə dissertasiya işinin müzakirəsi keçirilmişdir.
Sonda dissertasiya işi müsbət qiymətləndirilib və növbəti mərhələyə buraxılması tövsiyə edilib.