Dissertasiya şurasının növbəti elmi seminarı keçirildi
21.02.2012 / Dissertasiya şurasının iclasları21 fevral 2012-ci ildə AMEA Kibernetika İnstitutunun D 01.121 Dissertasiya Şurasının Elmi seminarı keçirilmişdir.
Əliyeva Sevinc Həmzağa qızının texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 05.13.01 – "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi" ixtisası üzrə yerinə yetirdiyi "Naqilsiz və optik rabitə şəbəkələrinin inteqrasıyası üsul və alqoritmlərin yaradılması" mövzusu və Səmədova Xanım Zubayıl qızının texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 05.11.16 – "İnformasiya ölçmə və idarəetmə sistemləri" ixtisası üzrə yerinə yetirdiyi "Elektrofiziolojisiqnalların ölçmə, emalı və təhlil sisteminin səmərəliyinin artırılması" mövzusu üzrə dissertasiya işlərinin müzakirəsi keçirilmişdir.
Sonda hər iki dissertasiya işi müsbət qiymətləndirilib və növbəti mərhələyə buraxılmaları tövsiyə edilib.