Dissertasiya şurasının növbəti elmi seminarı keçirildi
12.04.2011 / Dissertasiya şurasının iclasları12 aprel 2011-ci ildə AMEA Kibernetika İnstitutunun D 01.121 Dissertasiya Şurasının Elmi seminarı keçirilmişdir.
Seminarda Мəstəliyev Rəşad Oqtay oğlunun riyaziyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 01.01.09 – "Diskret riyaziyyat və riyazi kibernetika" ixtisası üzrə yerinə yetirdiyi "Исследование одного класса дискретных задач оптимального управления" mövzusu və Hüseynov Oleq Hacıağa oğlunun texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 05.13.06 – "Texnoloji proseslərin və istehsalatın avtomatlaşdırılması və idarəetməsi" ixtisası üzrə yerinə yetirdiyi "Синтез системы управления на основе технологии computingwithword (вычисления со словами)" mövzusu üzrə dissertasiya işlərinin müzakirəsi keçirilmişdir.
Sonda hər iki dissertasiya işi müsbət qiymətləndirilib və növbəti mərhələyə buraxılmaları tövsiyə edilib.