Dissertasiya şurasının növbəti elmi seminarı keçirildi
19.06.2012 / Dissertasiya şurasının iclasları19 iyun 2012-ci ildə AMEA Kibernetika İnstitutunun D 01.121 Dissertasiya Şurasının Elmi seminarı keçirilmişdir.
Seminarda Rzayeva Ülviyyə Şahin qızının riyaziyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 01.01.09 – "Diskret riyaziyyat və riyazi kibernetika" ixtisası üzrə yerinə yetirdiyi "FL- Münasibətlər əsasında tanıma sisteminin qurul-ması və təhlili" mövzusu və Rəhimli İlham Nazim oğlunun texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 05.11.16 – "İnformasiya ölçmə və idarəetmə sistemləri" ixtisası üzrə yerinə yetirdiyi "Çoxtəyinatlı dəzgahların iki parameterli elektromaq-nit vericili informasiya – ölçməvə idarəetmə sistemləri" mövzusu üzrə dissertasiya işlərinin müzakirəsi keçirilmişdir.
Sonda hər iki dissertasiya işi müsbət qiymətləndirilib və növbəti mərhələyə buraxılmaları tövsiyə edilib.