Dissertasiya şurasının növbəti elmi seminarı keçirildi
25.10.2011 / Dissertasiya şurasının iclasları25 oktyabr 2011-cu ildə AMEA Kibernetika İnstitutunun D 01.121 Dissertasiya Şurasının Elmi seminarı keçirilmişdir.
Seminarda İmanov Ələskər Cəfər oğlunun texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 13.00.02 – "İnformatikanın tədrisi metodikası" ixtisası üzrə yerinə yetirdiyi "İnformatika və informasiya texnologiyaları kursu üzrə şagirdlərin modellişdirmə, alqoritmləşdirmə və proqramlaşdırma bacarıqlarının inkişaf etdirilməsi yolları və vasitələri" mövzusu üzrə dissertasiya işinin müzakirəsi keçirilmişdir.
Sonda dissertasiya işi müsbət qiymətləndirilib və növbəti mərhələyə buraxılması tövsiyə edilib.