Dissertasiya şurasının növbəti elmi seminarı keçirildi
13.06.2013 / Dissertasiya şurasının iclasları13 iyun 2013-cu ildə AMEA Kibernetika İnstitutunun D 01.121 Dissertasiya Şurasının Elmi seminarı keçirilmişdir.
Seminarda Əliyev Elçin Rəşid oğlunun texnika üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün 3338.01 – "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi" ixtisası üzrə yerinə yetirdiyi "İnşaat obyektlərin seysmodayanıqlığın gizli dövrünün dəyişməsinin robast paylanmış noise monitorinq sisteminin yaradılması” mövzusu üzrə dissertasiya işinin müzakirəsi keçirilmişdir.
Sonda dissertasiya işi müsbət qiymətləndirilib və növbəti mərhələyə buraxılması tövsiyə edilib.