Dissertasiya şurasının növbəti elmi seminarı keçirildi
12.03.2013 / Dissertasiya şurasının iclasları12 mart 2013-cu ildə AMEA Kibernetika İnstitutunun D 01.121 Dissertasiya Şurasının Elmi seminarı keçirilmişdir.
Seminarda Fəttahova Mehriban İsa qızının texnika üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün 3338.01 – "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi" ixtisası üzrə yerinə yetirdiyi "Multi-servisli xidmət şəbəkələrinin modellərinin analizi və optimallaşdırılması üsulları” mövzusu üzrə dissertasiya işinin müzakirəsi keçirilmişdir.
Sonda dissertasiya işi müsbət qiymətləndirilib və növbəti mərhələyə buraxılması tövsiyə edilib.