Dissertasiya şurasının növbəti elmi seminarı keçirildi
12.02.2013 / Dissertasiya şurasının iclasları12 fevral 2013-cı ildə AMEA Kibernetika İnstitutunun D 01.121 Dissertasiya Şurasının Elmi seminarı keçirilmişdir.
Seminarda Səttarova Ülkər Eldar qızının texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 3338.01 – "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə yerinə yetirdiyi "İdentifikasiya məsələlərinin həlli üçün robast normallaşmış korrelyasiya funksiyaların və matrislərin hesablama alqoritmləri, texnologiyaları və proqram vasitələri” mövzusu və Sadıqova Rahilə Hidayət qızının riyaziyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 1203.01 - "Kompüter elmləri" ixtisası üzrə yerinə yetirdiyi "Sıçrayışlı semimarkov modellərinin ehtimal xarakteristikalarının təyin edilməsi üçün üsul və alqoritmlərin yaradılması” mövzusu üzrə dissertasiya işlərinin müzakirəsi keçirilmişdir.
Sonda hər iki dissertasiya işi müsbət qiymətləndirilib və növbəti mərhələyə buraxılmaları tövsiyə edilib.