Dissertasiya şurasının növbəti elmi seminarı keçirildi
24.12.2012 / Dissertasiya şurasının iclasları24 dekabr 2012-ci ildə AMEA Kibernetika İnstitutunun D 01.121 Dissertasiya Şurasının Elmi seminarı keçirilmişdir.
Seminarda Macidzadeh Kambiz Maouchehr qızının texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 05.13.01 – "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi" ixtisası üzrə yerinə yetirdiyi "Naməlum sərhədli optimal idarəetmə məsələlərin həllinə neyron şəbəkələrinin tətbiqi" mövzusu üzrə dissertasiya işinin müzakirəsi keçirilmişdir.
Sonda dissertasiya işi müsbət qiymətləndirilib və növbəti mərhələyə buraxılması tövsiyə edilib.