İnstitutumuzun əməkdaşı Florida Texnologiya İnstitutunda olub
13.02.2015 / Mühüm xəbərlərSamir Rüstəmov hazırda 5-ci mobillik qrant çərçivəsində Amerikanın Florida Texnologiya İnstitutunda elmi-tədqiqat təcrübəsi keçir. 2015-ci il fevral ayının 13-də institutun mərkəzi seminarında "Wake-Up-Word Speech Recognition using Artificial Neural Network" ("Süni neyron şəbəkə modeli əsasında sözlə oyandırma nitqi tanıma sisteminin işlənməsi") mövzusunda məruzə etmişdir.
Seminarda Florida Texnologiya İnstitutunda elmi-təcrübə zamanı əldə edilən yeni nəticələr təqdim edildi və iştirakçılar tərəfindən maraqla qarşılandı.