İSİ əməkdaşı Rusiyada keçirilmiş forumda iştirak etmişdir
28.10.2015 / Mühüm xəbərlər25-28 oktyabr 2015-ci il tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində MDB alimlərinin forumu keçirilmişdir. Forumda MDB ölkələrinin nüfuzlu elmi təşkilatlarından 300-dən artıq alim, habelə dövlət və hökumət nümayəndələri iştirak etmişdir. Forumda ölkəmizi AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, AMEA İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, texnika elmləri doktoru, professor Əminağa Sadıqov təmsil etmişdir.
Əminağa Sadıqov Forumun plenar iclasında "Azərbaycan və Rusiya alimlərinin əməkdaşlığı: reallıq və perspektivlər” mövzusunda, dəyirmi masalarda isə "Azərbaycanda elm və innovasiyalar sahəsində islahatların əsas hədəfləri” və "Elmin populyarlaşdırılması cəmiyyətin intellektuallaşdırılmasına aparan yoldur” mövzularında məruzələrlə çıxış etmişdir.
Forum çərçivəsində iştirakçılar Rusiya Federasiyasının nüfuzlu elm, təhsil və texnoloji müəssisələri ilə tanış olmuşlar.