Volqoqrad şəhərində Beynəlxalq seminar
11.11.2016 / Mühüm xəbərlər6-11 noyabr 2016-cı il tarixində Volqoqrad şəhərində gənclərin Avropada tarixi yaddaşın qorunmasına dair "İkinci dünya müharibəsinin yaddaşı və nəticələri” III Beynəlxalq seminarı keçirilmişdir. Seminarın mövzusu ilə əlaqəli olan Avropa Şurası ölkələrindən, MDB ölkələrindən, və başqa ölkələrdən 80 nəfər gənc iştirak edirdi.
AMEA İSİ "Xarici əlaqələr və innovasiya” şöbəsinin elmi işçisi Puşnova Valeriya seminarın qrup müzakirələrində müasir cəmiyyətdə tarixi yaddaşın qorunması suallarına dair öz ailəsinin və Azərbaycanın timsalında təqdimatla çıxış etmişdir. Həmçinin Puşnova Valeriya Azərbaycandan olan başqa iştirakçılarla birgə Azərbaycan diaspora nümayəndələri ilə və Volqoqdadda Azərbaycan Gənclər Təşkilatı nümayəndələri ilə görüşlərdə iştirak etmişdilər.