Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin HDM 2016-2017 illər üçün nəzərdə tutulan fəaliyyəti üzrə koordinasiya seminarı keçirildi
10.06.2016 / Mühüm xəbərlərAzərbaycanda HORIZON2020 proqramının İKT üzrə MDN (milli dayaq nöqtəsi) və GİT (gəlcək və indiki texnologiyalar), AMEA İSİ "Xarici əlaqələr və innovasiya” şöbəsinin müdiri Tofiq Babayev Azərbaycan nümayəndəheyətinin tərkibində 9-10 iyun tarixində Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin HDM (Harmonising Digital Markets - rəqəmsal bazarların Harmonizasiyası) 2016-2017 illər üçün nəzərdə tutulan fəaliyyəti üzrə keçirilən koordinasiya seminarında iştirak etmişdir. HDM təşəbbüsü Aİ və Şərq tərəfdaşlığı ölkələri arasında elektron ticarət imkanlarının genişlənməsii və koordinasiyasına yönlənmişdir. Tofiq Babayev seminarda elektron gömrük sisteminin cari vəziyyəti mövzusunda geniş prezentasiya ilə çıxış etmişdir.