NKT Akademiyasının Brüsel treninqlərı
18.02.2016 / Mühüm xəbərlərAMEA İdarəetmə Sistemləri İnstitutunun "Xarici əlaqələr və innovasiya” şöbəsinin müdiri Babayev Tofiq NCP Akademiyasının 17-18 fevral 2016-cı il tarixində Brüsseldə keçirilən "ASİF və Horizon 2020 arsında sinerji çərçivələri” və "Kiçik və orta biznes müəsisələrinə innovasiya dəstəyi” adlı treninqlərində iştirak etmişdir.
17 fevral tarixində keçirilən "ESİF və Horizon 2020 arsında sinerji çərçivələri” treninqinin əsas məqsədi NCP- yə Horizon 2020 və Avropa stuktur və innovasiya fondları (ASİF) arasındakı sinerjiyə qayda və tədbirlər kontekstində baxış təqdim etmək idi. Treninqin məzmunu iki hissəyə bölünmüşdür: Horizon 2020 və ASİF arasındakı sinerjiyə smart ixtisaslaşma strategiyalari (qayda və tədbirlər) baximindan və "Yüksək keyfiyyət nişanı” (Seal of Excellence) adlı pilot layihəyə əsaslanan praktikada sinerjiyə aid olan suallara giriş. Treninq avropa institutlarının nümayəndələri və ekspertlər tərəfindən aparılırdı.
İnteraktiv çalişmalar vasitəsilə iştirakçılara sinerjinin milli və regional strategiyalarina aid olan suallarla bağlı informasiya və təcrübələr mübadiləsi aparmağa imkan yaradılmışdı.
18 fevralda keçirilən "Kiçik və orta biznes müəsisələrinə innovasiya dəstəyi” adli treninqin əsas məqsədi NCP- in kiçik və orta biznes müəsisələrinin konkret maraq və tələblərinə, və Horizon 2020-də kiçik və orta biznes müəsisələrinin maliyyələşdirilməsi alətlərinə aid biliklərin genişləndirilməsi idi.