EU4Digital: eTrade-in 2-ci seminarı
07.06.2017 / Xəbərlər6-7 iyun 2017-ci ildə Belarusiyanın Minsk şəhərində Şərqi tərəfdaşlıq proqramının 2-ci Platforması "İqtisadi inteqrasiya və AB strategiyalarıyla yaxınlaşma” çərçivəsində Rəqəmsal bazarların harmonizasiyası təşəbüsünün( HDM initiatives) elektron ticarət (EU4Digital: eTrade) üzrə 2-ci seminarı keçirilmişdir . Azərbaycan nümayəndə heyətinin tərkibi:
1. Tofiq Babayev, Azərbaycanın Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun Xarici əlaqələr və innovasiyalar şöbəsinin müdiri, Azərbaycanda FET & ICT NCP HORIZON2020 üzrə milli təmsilçi
2. Suleymanov Anar, Ümumdünya Gömrük Təşkilatının gömrük xidmətinin modernləşdirilməsi üzrə məsləhətçi, Azərbaycan Respublikasının Dövlət Gömrük komitəsinin effektivliyin və inkişafının qiymətləndirilməsi proqramı Departamentinin rəis müavini.
3. Məhəmməd Rzayev, "Azərbaycan dəmir yolları" Açıq Səhmdar Cəmiyyətinin strateji inkişaf məsələləri üzrə sədr məsləhətçisi, LV Caspian Ltd-nin idarə partnyoru;
4. Etibar Umudov, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi /İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin Baş məsləhətçisi.
Seminarın əsas məqsədi e-ticarət və e-logistika("rəqəmsal nəqliyyat dəhlizləri" komponenti daxil olmaqla) Araşdırma layihəsinin yanaşmasının təqdimatı və ilkin nəticələrin o cümlədən, tədqiqat və inventar sahəsində, eləcə də gələcək tədbirlər və pilot layihələrin planlaşdırılması və əlaqələndirilməsinin müzakirəsidi.Tərəfdaş ölkələr və Avropa Birliyinin əsas üzv ölkələrindən uyğun olan əlaqədar tərəflər bu seminarda iştirak etmiş və öz qabaqcıl təcrübələri ilə bölüşmüşdürlər.
6 iyunda T. Babaev və A. Suleymanov Azərbaycanda ilkin nəticələr və tədqiqatın nəticələri haqqında məlumat vermişdilər. 7 iyunda T. Babaev 2018-2020-ci illər üçün elektron ticarət və elektron logistika sahəsində tərəfdaş olkələrin iş planlarının müzakirəsində iştirak etmişdir.