AMEA-nın magistrantlarının yay imtahan sessiyası başlamışdır
07.06.2017 / XəbərlərAzərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin 10 may 2017-ci il tarixli 267 №-li "AMEA-nın magistrantları üçün yay imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən magistrantların 2016/2017-ci tədris ili üzrə imtahan sessiyası 2017-ci il 01 iyundan 05 iyuladək keçiriləcək.
İdarəetmə Sistemləri İnstitutunda 060509- "Kömpüter elmləri” və 060628- "Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə təhsil alan 3 magistrant sessiya imtahanlarında iştirak edir.
"Kompüter elmləri” ixtisası üzrə imtahanlar 07, 23, 29 iyun və 03 iyul 2017-ci il tarixlərinə, "Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə imtahanlar 01, 07, 22 və 30 iyun tarixlərinə təyin olunmuşdur.