“Financial Training Seminar on ICT Proporsals and Projects May 2018 Idealist”
11.05.2017 / XəbərlərAMEA İdarəetmə Sistemləri Institutunun "Xarici əlaqələr və innovasiya” şöbəsinin müdiri, FET & ICT NCP HORIZON2020, Tofiq Babayev Idealist layihəsinin 10-11 may 2017-ci il tarixində Afinada (Yunanıstanda) keçirilən maliyyə seminarıda iştirak etmişdir. Seminarda layihələrin hazırlanması və idarə olunmasının maliyyə aspektlərini əks etdirən, o cümlədən, kaskad maliyyələşdirilməsi, xərclərin uçotu, xərclərin münasib və qəbuledilməz məsələləri nəzərdən keçirilib.
Bundan başqa treninq əsnasında büdcələrin tərtibinə və hesabat formalarına aid konkret misallara baxılıb, və HORIZON2020 proqramlarında iştirak edən alimlərə gələcəkdə metodik kömək göstərmək məqsədi ilə tövsiyələr verilmişdir.