Thomson Reuters Bazasına həsr olunmuş ilk seminar keçirildi
18.04.2017 / Xəbərlər18.04.2017-ci il tarixində İdarəetmə Sistemləri İnstitutunun akt zalında Thomson Reuters Bazasının nümayəndəsi Aygün Babazadənin iştirakı ilə Thomson Reuters bazasından istifadə qaydaları ilə bağlı seminarlar silsiləsinin ilk seminarı keçirilmişdir. Seminar əsnasında bazadan istifadə qaydaları, o cümlədən, məqalələrin, jurnalların bazaya yerləşdirəlməsi, axtarış sistemindən istifadə və s. məlumatlar verilmişdir. Sonra Aygün Babazadə seminar iştirakçılarının suallarını ətraflı cavablandırılmışdır.