Azərbaycan alimi tərəfindən koqnitiv modelləşdirmənin ideya və üsulları əsasında Xəzər dənizi nərə balığı ehtiyatlarının idarə edilməsi üçün yeni paradiqma təklif olunmuşdur
01.12.2016 / XəbərlərKoqnitiv modelləşdirmə (http://rabitadunyasi.info.az) – mürəkkəb sistemlərin və mürəkkəb problemli situasiyaların model eksperimenti və idarə edilməsi üçün geniş imkanlar açan yeni intellektual multidistiplinar texnoloji platformadır.
İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri Qarayev Robert Əsədulla oğlunun "Turkish Journal of Fisheries and Aquatic Sciences”, (Thomson Reuters, Science Citation Index, SCI Expanded, Scopus), "Journal of Fisheries and Aquatic Science” (Science Citation Index, Scopus), "Global Journal of Advanced Research” jurnallarında çap olunan "Methodology to Develop a Recovery Strategy for the Sturgeon Stocks of the Caspian Sea” məqaləsində Xəzərin nərə balığı populyasiyalarının bərpası strategiyasının koqnitiv modelləşdirmə metodologiyası təklif olunmuşdur. Ənənəvi (bioloji) modellərdən fərqli olaraq koqnitiv model problemin cari "institusional örtüyünü” nəzərə alır: geniş miqyaslı brakonyerlik, dənizin və kürütökmə çaylarının çirklənməsi, populyasiyaların sayının və balıqların orta çəkisinin kəskin azalması, kürü və nərə balığının qeyri-leqal ticarəti, qida konkurentlərinin invaziyası, Xəzərin nərə balığı təsərrüfatının vahid idarə olunmasının dağılması, miqrasiya marşrutlarının tanssərhəd xüsusiyyəti və s.
Koqnitiv modelləşdirmənin inteqral xarakteri idarəetmə həllərinin adekvatlığını və effektivliyini artırmağa və sənaye balıqçılığına uzun müddətli moratorium vasitəsilə nərə balığı populyasiyalarının bərpası cəhdinin kritik qiymətləndirməyə (Комиссия по водным биоресурсам Каспийского моря) imkan verir.
Qeyd edək ki, R.Ə. Qarayevin məqaləsi rəyçilərin, o cümlədən ƏKTT-nin (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) ekspertinin kəskin diskusiyası nəticəsində çap olunmuşdur.
Həmçinin qeyd edək ki, bu gün ABŞ, Yaponiya, Böyük Britaniya, Almaniya, Fransa və s. kimi ölkələrin qabaqcıl universitetləri koqnitiv texnologiyalar üzərində işləyirlər. Koqnitiv texnologiyaların tətbiq sferası olduqca böyükdür. Bunlar – pərakəndə ticarət, sığorta, səhiyyə, maliyyə, təhsil, biznes, bank işi, iqtisadiyyat, sənaye, ekologiya, siyasət, hüquqşünaslıq. Bu sahədəki irəliləyiş "koqnitiv texnologiyalar erasına” keçməyi zəruri edir (https://www.ibm.com).